Türkiyənin Antalya şəhərində “Beşiktaş” Futbol Məktəbləri arasında turnir keçirilib.
Yarışda iştirak edən “Beşiktaş Azərbaycan” komandası uğurlu nəticə əldə edib. 9-15 yaşlı uşaqlar uçün təşkil olunan seçimlərdə 4 yaş qrupuna aid futbolçular iştirak ediblər. Düşərgə zamanı “Beşiktaş Azərbaycan” komandası bir neçə oyunda qüvvəsini sınayıb. “Adana Beşiktaş” kollektivinə 6-1 hesabı ilə qalib gələn yeniyetmə futbolçularımız “Ankara” komandasının qapısından 10 cavabsız top keçiriblər. Xatırladaq ki, “Beşiktaş Azərbaycan” futbol məktəbinə “Beşiktaş”ın sabiq oyuncusu Kadır Öz rəhbərlik edir.